Futbol oyunu zamanı hakim döyülüb
23 avqust 2023 11:30 (UTC +04:00)

Futbol oyunu zamanı hakim döyülüb

Kamerundan olan hakim Maksim Corc fotbolçu tərəfindən döyülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərində Şimal-Qərb Liqasının ikinci mövsümünün oyunu zamanı baş verib.

"Bazhov" və "Katren" komandaları arasında 8 × 8 matçında bir futbolçu Kamerundan olan hakim Maksim Corcu döyüb. Məlumata görə, birinci komandanın oyunçusu Telman Snjoyan hakimə bir neçə zərbə endirib. Hadisə canlı yayım zamanı kameralardan izlənilib. Futbolçu yüksək tonda hakimlə danışır, sonra onu döyməyə başlayır. Onları digər oyunçular sakitləşdirir.

Liqanın təşkilatçılarının sözlərinə görə, nizam-intizam komitəsinin iclası keçiriləcək və çox güman ki, Snjoyan oyunlardan kənarlaşdırılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3093
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar