Futbol klubundan unikal qələbə -  VİDEO
21 may 2021 03:18 (UTC +04:00)

Futbol klubundan unikal qələbə - VİDEO

“River Pleyt” Libertadores Kubokunda qapıçısız keçirdiyi oyunda “Santa-Fe” üzərində qəhrəmancasına bir qələbə qazanıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, koronavirus virusunun yayılması səbəbindən Argentina klubu üç qapıçı da daxil olmaqla 20 futbolçunu iştirak siyahısına daxil edə bilməyib.

Turnirin təşkilatçıları görüşü təxirə salmaqdan imtina etdikləri üçün gənclər heyətindən qapıçının da heyətə qatılması qadağan olunub.

“River Pleyt” bir əvəzləyici olmadan cəmisi 11 oyunçu yığa bilib. Qapının toxunulmazlığını isə zədəsini yenicə sağaldan yarımmüdafiəçi Entso Peres qoruyub. 

“River Pleyt” bu vəziyyətdə bütün oyunu əvəzedicisiz meydanda qalmaqla yanaşı, qələbə qazanmağı bacarıb. 

Argentinalılar vurduğu iki qol görüşün taleyini həll edib. Qonaqlar bu qollardan birinin əvəzini çıxa biliblər. 

Futbol klubundan unikal qələbə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472

Oxşar yazılar

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42
Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

16 may 2025 , 14:18