“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.
Lent.az-ın Apasport.az saytına istinadla görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.
“Ferrari”nin pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,359 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb.
Lekleri “Red Bull” komandasından Serxio Peres izləyib. İlk “üçlüy”ü “Red Bull”un digər pilotu Maks Ferstappen qapayıb.