Nikola Milenkoviç, serbiyalı futbolçu
28 mart 2021 09:21 (UTC +04:00)

Nikola Milenkoviç, serbiyalı futbolçu

“Fiorentina”lı millimizlə oynamayacaq - SƏBƏB

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin III turunda Azərbaycanla qarşılaşacaq Serbiya Bakıya itki ilə gələcək.

Apasport.az saytının məlumatına görə, Nikola Milenkoviç martın 30-da keçiriləcək qarşılaşmada oynamayacaq.

Buna onun cəzalı duruma düşməsi səbəb olub. 24 yaşlı mərkəz müdafiəçisi Portuqaliya ilə II turun qarşılaşmasında (2:2) qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Fiorentina”da çıxış edən arxa xətt oyunçusu 2018-ci ildən yığmanın formasını geyinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar