Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdə keçirilmiş futbol üzrə Dünya Çempionatının final oyununda Argentinanın qalib olmasından sonra yad şəxslərin meydana necə çıxması ilə bağlı daxili araşdırmaya başlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA “Salt Bae” ləqəbi ilə tanınan məşhur türk aşpaz Nusrət Gökçənin meydançaya necə çıxış əldə etdiyini də araşdırır.
Nüsrət sosial şəbəkə hesabında qalib olan Argentina klubuna təqdim edilən kuboku əlində tutduğu və futbolçularla birlikdə çəkdirdiyi fotoları paylaşıb. Aşpaz futbolçulara yaxınlaşaraq avtoqraf istəyib və kubokla şəkil çəkdirib. Nüsrət Gökçənin paylaşımları FİFA rəsmilərinin diqqətini çəkib.
FİFA rəsmiləri onun final oyunundan dərhal sonra keçirilən mükafatlandırma mərasimi zamanı meydana daxil olmağı necə bacarıb.
FİFA qaydalarına əsasən, turnirin qalibləri, təşkilat rəsmiləri və dövlət başçıları da daxil olmaqla seçilmiş insanların kuboka toxunmaq hüququ var. Digər şəxslər isə kuboka toxuna bilməz.
Yayılan məlumata görə, Nüsrət Gölçə çox güman ki, FİFA prezidenti Canni İnfantino ilə dostluğu sayəsində meydana girə bilib. Sosial şəbəkələrdə yayılan fotolara görə, Canni ilə Nüsrət kifayət qədər yaxın təmasdadırlar.
Türkiyəli aşpazın davranışı keçmiş və indiki futbolçuların mənfi reaksiyasına səbəb olub.