FİFA federasiyaları iclasa çağırdı – AFFA kənarda qaldı
21 sentyabr 2021 17:37 (UTC +04:00)

FİFA federasiyaları iclasa çağırdı – AFFA kənarda qaldı

0

FİFA dünya çempionatının iki ildən bir keçirilməsi təklifi də daxil olmaqla, beynəlxalq yarışların təqvimini müzakirə etmək üçün aparıcı federasiyaları və təşkilatları toplantıya dəvət edib.

Apasport.az saytının məlumatına görə, video-konfrans şəklində baş tutacaq görüş sentyabrın 30-na təyin olunub.

Həmin gün iclasda təkcə federasiya rəsmiləri iştirak etməyəcək. Eyni zamanda FİFPronun, klubların, liqaların, konfederasiyaların və UEFA-nın nümayəndələri də toplantıya qatılacaq.

Əsas müzakirə mövzusu FİFA-nın dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı təklifi olacaq. Beynəlxalq yarış təqviminin təkmilləşdirilməsi üçün də fikir mübadiləsi aparılacaq.

Sentyabrın son günündə baş tutacaq tədbirdə AFFA və PFL-in iştirakı gözlənilmir. Çünki FİFA aparıcı futbol ölkələrinin nümayəndələrinə dəvət göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2820

Oxşar yazılar