Çempionat iştirakçıları
27 may 2022 10:43 (UTC +04:00)

Çempionat iştirakçıları

FHN-in karate komandasının üzvü Avropa çempionatında uğur qazanıb - FOTO

Mayın 20-22-də Bolqarıstanın Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib.

Lent.az xəbər verir ki, turnirdə 18 ölkənin 1200-dən çox idmançısı mübarizə aparıb. Çempionatda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvü Xəyal Məmmədov -84 kq çəki dərəcəsində kişilər arasında komanda kumite yarışlarında və şəxsi kata yarışlarda turnirin gümüş medalının sahibi olub.

Karateçinin ilk məşqçisi əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Mayın 26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Xəyal Məmmədov Azərbaycanın Karate üzrə milli komandasının üzvüdür. Karateçimiz sentyabrda Dünya Şotokan Karate Federasiyasının təşkilatçılğı ilə Çexiya Respublikasında keçiriləcək Dünya çempionatında da iştirak edəcək.
 

# 1434
avatar

Oxşar yazılar