Ferqyuson “Mançester Yunayted”in şox qiymətləndirmədiyi  üç oyunçusundan   DANIŞDI: hələ də peşmandır
31 iyul 2025 18:19 (UTC +04:00)

Ferqyuson “Mançester Yunayted”in şox qiymətləndirmədiyi üç oyunçusundan DANIŞDI: hələ də peşmandır

Bir neçə il əvvəl “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi ser Aleks Ferqyuson keçmiş oyunçusu, indi isə ekspert Qari Nevillə uzun-uzadı söhbət edib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, iki sualın cavabları internetdə yenidən viral olub.

Nevill: "Çalışdırdığınız hansı futbolçular, sizcə, qiymətləndirilməyib?"

Ferqyuson: "Üç nəfər var idi, mən onları ayıra bilmirəm: Brayan Makkler, Park Çji Sun və Ronni Yonsen". 

Bundan əlavə, ser Aleks karyerasından bir anı xatırladıb ki, o, böyük səhv hesab edir. Bu, "Uembli"də "Barselona" ilə Çempionlar Liqasının finalında baş verib.

Ferqyuson: "Fasilədə bəzi dəyişikliklər etməliydim, Park Park Çji Sun Messinin arxasınca getməsini söyləməliydim. Bu, səhv idi. Bunu 10 dəqiqədən sonra anladım. Bunu etmək istədim və sonra düşündüm: "Fasildən əvvəl hesabı bərabərləşdirdik, onlar nəyisə dəyişə bilər və biz daha yaxşısını edə bilərik".

"Ancaq Park Çji Sunlə Messiyə qarşı oynasaydım, düşünürəm ki, onları məğlub edərdik. Sonra Lionel uzaq məsafədən fantastik qol vurdu. O, (Park Çji Sun) əla oyunçu idi. Messinin öhdəsindən gələ biləcək oyunçu yalnız Park Çji Sun idi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar