“Ferensvaroş” “Qarabağ”ı düzgün qiymətləndirmədi” - Ponomaryov
10 avqust 2022 18:40 (UTC +04:00)

“Ferensvaroş” “Qarabağ”ı düzgün qiymətləndirmədi” - Ponomaryov

“Məğlubiyyət gözləmirdim, çünki “Ferensvaroş” yaxşı komandadır”.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu keçmiş SSRİ yığmasının sabiq futbolçusu Vladimir Ponomaryov deyib.

82 yaşlı rusiyalı mütəxəssis Macarıstan klubu “Ferensvaroş”un Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyununu dəyərləndirib. Onun fikrincə, həmyerlisi Stanislav Çerçesovun çalışdırdığı budapeştlilərin evdə 1:3 hesablı məğlubiyyətinə arxayınlıq səbəb olub: “Düşünürəm ki, Stanislav Çerçesov özü də bu nəticəni gözləmirdi. Ola bilsin ki, komanda köklənməyib, uğura çox arxayın olub. Çox güman ki, hazırlıq vaxtı “Qarabağ”ı düzgün qiymətləndirməyiblər. Komanda bundan nəticə çıxaracaq. Çerçesov əla işləyir, onun ağıllı komandası var”.

Qeyd edək ki, “Ferensvaroş” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar