"Fənərbaxça" italyanları rədd etdi
11 iyul 2025 01:27 (UTC +04:00)

"Fənərbaxça" italyanları rədd etdi

"Fənərbaxça"nın gənc ulduzu, müdafiəçi Yusuf Akçiçekə böyük maraq davam edir. 

Lent.az xəbər verir ki, klub rəhbərliyi 19 yaşlı futbolçu üçün gələn təklifləri yetərli hesab etməyib.

"Bolonya" milli komandanın müdafiəçisi üçün təklif göndərən son klub olub. 
 

“TRT Spor”un məlumatına görə, İtaliya klubunun Yusuf Akçiçeklə bağlı təklifi bonuslar da daxil olmaqla 15 milyon avroya çatmayıb. Bu məbləğ "Fənərbaxça" rəhbərliyi tərəfindən rədd edilib.

"Bolonya" 15 milyon avronu aşan yeni təklif hazırlasa da, "Fənərbaxça"nın gözləntisi ən az 20 milyon avrodur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar