"Fənərbağça"nın keçmiş prezidenti Okan Burukla harada və niyə görüşüb?
26 sentyabr 2024 11:58 (UTC +04:00)

"Fənərbağça"nın keçmiş prezidenti Okan Burukla harada və niyə görüşüb?

"Fənərbağça"nın keçmiş prezidenti Əziz Yıldırımın "Qalatasaray"ın baş məşqçisi Okan Burukla fotosu ilə bağlı Yıldırımın ictimaiyyətlə əlaqələr üzrə müşaviri açıqlama verib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, müşavir bu günlərdə sosial şəbəkələrdə yayılan həmin foto ilə bağlı deyib:

"Əziz Yıldırımın Okan Burukla fotosu təxminən 3 həftə öncə çəkilib. Prezident qızı Yazla alış-veriş edərkən Okan Burukla rastlaşıblar, Okan Buruk ayağa qalxıb, salamlaşıblar. Sonra alış-verişə davam ediblər, vəssalam".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar