“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis vəzifəsindən istefa verib.
Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Terimlə görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.