Romelu Lukaku Səudiyyə Ərəbistanına keçmək niyyətində deyil və "Yuventus"da oynamaq istəyir.
Lent.az bildirir ki, "Corriere dello Sport"un məlumatına görə, “Əl Hilal” yenidən belçikalı hücumçunu dəvət etməyə çalışsa da, o, bu transferə maraq göstərməyib.
Səudiyyəlilər futbolçuya 60 milyon avro dəyərində iki illik müqavilə təklif etməyə və transfer üçün "Çelsi"yə 50 milyon ödəməyə hazırdılar.
Ər-Riyad klubu Lukakunu yola gətirıə bilməyib - o, Avropa futbolunda oynamağa davam etmək istəyir və yalnız "Yuventus"a keçməyi düşünür.
Daha əvvəl xəbər verilmişdi ki, 30 yaşlı hücumçu daha əvvəl “Yuventus”la illik 8 milyon avro maaşla 3 illik müqavilə imzalamağı razılaşdırıb.