PSJ-nin beş oyunçusuna qarşıdan gələn mövsüm üçün heyətdə istənilmədikləri barədə məlumat verilib.
Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, Paris klubunun baş məşqçisi Luis Enrike idman direktoru Luis Kampuşla birlikdə 5 futbolçuya yeni klublar axtarışında olduqlarını deyib.
Bu məlumat hücumçular Neymar və Uqo Ekitika, yarımmüdafiəçilər Marko Verratti və Renat Sançeş, müdafiəçi Xuan Bernata verilib.
Eyni zamanda, daha əvvəl PSJ-nin braziliyalı hücumçu Neymar üçün satışdan ən azı 150 milyon avro götürmək istədiyi bildirilib. Braziliyalının karyerasını Premyer Liqa, MLS və ya Səudiyyə Ərəbistanında davam etdirmək variantları var.