Ən uğurlu pulsuz transferlər - Türkiyə millisinin üzvü də var
28 aprel 2021 17:12 (UTC +04:00)

Ən uğurlu pulsuz transferlər - Türkiyə millisinin üzvü də var

Avropanın “böyük beşlik” ölkələrinin çempionatlarından olan Liqa1-də bu mövsüm çempionluq uğrunda gərgin mübarizə gedir.

Apasport.az saytının məlumatına görə, PSJ-yə rəqiblərin çıxması bu çempionata marağı bir qədər də artırıb.

Artıq bir çox futbolçu təkcə PSJ-yə yox, “Lill”ə, “Lion”a keçməyə də can atırlar. Mövsümün əvvəlində Liqa1 klublarına hətta havayı yollanan oyunçular da var. Onlardan ən yaxşı 5-ni təqdim edirik.

1. Burak Yılmaz – “Lill”
Türkiyə Super Liqasında 4 böyük klubun hamısında çıxış edən iki futbolçudan biri olan Burak ötən ilin yayında “Lill”in yolunu tutub. 35 yaşı olmasına baxmayaraq, vurduğu qollarla komandasını çempionluğa daşımaqdadır. Son olaraq “Lion”la görüşdə 2 qol, 1 assistlə yadda qalan Burak cari mövsüm çempionatda 12 qol vurub, 5 məhsuldar ötürmə verib.

2. Conatan Klauss – “Lans”
Son illər Liqa1-lə Liqa2 arasında get-gəl edən “Lans” ötən yay elitaya yüksəlib. Avrokuboklara vəsiqəyə yaxın olan komandanın mövsümün əvvəlindəki ən uğurlu transferi “Arminiya”dan alınan Klaussdur. 28 yaşlı sağ cinah müdafiəçisi karyerasında ilk dəfə yüksək liqada çıxış etsə də, 3 qol, 6 assistlə komandasının qələbələrinə töhfə verib.

3. Rafinya – PSJ
“Barselona”nın yetirməsi 3 dəfə başqa klublarda icarə əsasında oynayıb. Ötən mövsümü “Selta”da keçirən yarımmüdafiəçi cari mövsümün əvvəlində PSJ-yə keçib. Liqa1-də 19 qarşılaşmada meydanda olan braziliyalı əsas uğurlu çıxışını Çempionlar Liqasında sərgiləyir.

4. Loik Bade – “Lans”
21 yaşlı Bade Liqa1-də ilk mövsümünü keçirir. Akademiyasında yetişdiyi “Havr”da cəmi 7 oyun keçirən 21 yaşlı futbolçu “Lans”da 28 qarşılaşmada iştirak edib. Mərkəz müdafiəçisi qol vurmasa da, etibarlı müdafiə olunmaqla bir çox klubun diqqət mərkəzinə düşüb.

5. Adil Auşiş – “Sent-Etyenn”
PSJ-nin aşağı yaş qruplarında yetişən Auşiş Paris təmsilçisindən müqavilə təklifi almayınca, oranı havayı tərk edib. “Sent-Etyenn”lə müqavilə imzalayan 19 yaşlı yarımmüdafiəçi 30 matçda 2 qolla diqqət çəkib.

# 1947
avatar

Oxşar yazılar