İnternetdə dünyanın ən seksual voleybolçusu ləqəbi ilə tanınan amerikalı Kayla Simmons açıq-saçıq video nümayiş etdirib. Müvafiq nəşr onun İnstaqram səhifəsində paylaşılıb.
Lent.az xəbər verir ki, kadrlarda idmançı sinəsini açıq saxlayan qara çimərlik paltarında, ombasından aşağı salınmış cins şalvarla görünüb. Eyni zamanda, o, saçlarını bir topuz halına gətirərək, tellərini üzünə töküb.
İzləyicilər şərhlərdə qızın videosunu yüksək qiymətləndiriblər. Onlar “Heyrətləndirici”, “Bu gün mənim ad günümdür. Belə bir hədiyyə üçün təşəkkür edirəm”, “Bu geyimdə gözəl görünürsən”, “Möhtəşəm qız”, “Çox isti. Yanğınsöndürənləri çağırın”, “Mükəmməlliyin özü” deyə rəy bildiriblər.