Ən çox baş məşqçi dəyişikliyi edilən çempionatlar -  SİYAHI
30 mart 2021 15:09 (UTC +04:00)

Ən çox baş məşqçi dəyişikliyi edilən çempionatlar - SİYAHI

Avropada bu mövsüm ən çox baş məşqçi istefası reallaşan çempionatların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, reytinqə əsasən yüksək pillələrdə qərarlaşan liqaların yer aldığı cədvələ Türkiyə Super Liqası başçılıq edir.

Bu mövsüm qardaş ölkə elitasında 16 klubda 29 baş məşqçi dəyişikliyi baş tutub. “10-luğ”u İngiltərə Premyer Liqası qapayır. Maraqlıdır ki, Azərbaycan Premyer Liqasında da baş məşqçi dəyişikliyi ingilislərlə eyni sayda olub. Çempionatımızda cari mövsüm “Neftçi”, “Keşlə” və “Sabah” çalışdırıcısını dəyişməyə ehtiyac duyub.

Ən çox baş məşqçi dəyişikliyi olan liqalar:

1. Türkiyə Super Liqası: 16 klub - 29 dəyişiklik

2. Portuqaliya Premyer Liqa: 9 klub - 12 dəyişiklik

3. Belçika Pro Liqa: 10 klub - 11 dəyişiklik

4. Fransa Liqa1-i: 8 klub - 10 dəyişiklik

5. Almaniya Bundesliqası: 6 klub - 9 dəyişiklik

6. Hollandiya Erediviziya: 7 klub - 7 dəyişiklik

7. Rusiya Premyer Liqası: 6 klub - 6 dəyişiklik

8. İtaliya A seriyası: 6 klub - 6 dəyişiklik

9. İspaniya La Liqası: 5 klub - 5 dəyişiklik

10. İngiltərə Premyer Liqası: 3 klub - 3 dəyişiklik

# 1341
avatar

Oxşar yazılar