Killian Mbappe, futbolçu
25 fevral 2021 10:25 (UTC +04:00)

Killian Mbappe, futbolçu

Ən bahalı futbolçular - SİYAHI

Dünyanın ən bahalı futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, KPMG auditor şirkətinin tərtib etdiyi siyahının ilk pilləsində Killian Mbappe qərarlaşıb.

PSJ-nin fransalı hücumçusunun dəyəri 159 milyon funt sterlinqdir. “Tottenhem”in forvardı Harri Keyn və “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq ikinciliyi bölüşür. İngiltərəlilərin qiyməti 108 milyondur.

101 milyon qiyməti olan Ceydon Sanço (İngiltərə, “Borussiya” D) 4-cüdür. Neymar (Braziliya, PSJ), Markus Reşford (İngiltərə, “Mançester Yunayted”) və Məhəmməd Salah (Misir, “Liverpul”) ondan 2 milyon geri qalır.

# 1644
avatar

Oxşar yazılar