Ən bahalı 10 gənc futbolçu –  SİYAHI
07 dekabr 2021 13:37 (UTC +04:00)

Ən bahalı 10 gənc futbolçu – SİYAHI

Beynəlxalq idman araşdırmaları mərkəzi (CIES) Avropanın ən yaxşı 5 çempionatında 23 yaşadək ən dəyərli futbolçuların siyahısını hazırlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk üç yeri Dortmund "Borussiya"sının norveçli hücumçusu Erlinq Holland, "Real"ın braziliyalı hücumçusu Vinisius Junior və "Mançester Siti"nin ingilis yarımmüdafiəçisi Fil Foden bölüşürlər.

Onların hər birinin qiyməti 150 milyon avro dəyərləndirilir. 

Sonrakı sırada “Mançester Yunayted”in oyunçusu Meyson Qrinvurd (140 milyon avro) və Ceydon Sanço (130 milyon avro), Ferran Torres (120 milyon avro, “Mançester Siti”), Madridin “Atletiko” klubundan Joau Feliş (100 milyon avro), Kilian Mbappe (80 milyon avro, PSJ), Mussa Diabi (80 milyon avro, “Bayer”) və Yeremi Pino (80 milyon avro, “Vilyareall”) gəlir. 

# 1509
avatar

Oxşar yazılar