"Əl-Nəsr" Kriştiano Ronaldo ilə müqavilənin uzadıldığını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşlı hücumçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.
Kriştiano 2023-cü ilin yanvarından Ər-Riyad komandasında çıxış edir. Ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.