Ronaldo, keçmiş futbolçu
31 mart 2021 19:54 (UTC +04:00)

Ronaldo, keçmiş futbolçu

Əfsanəvi Ronaldonun adı kimin şərəfinə qoyulub?

Əfsanəvi braziliyalı hücumçu Ronaldo adının hekayəsini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, məlum olur ki, “yekədiş”ə Rio-de-Janeyro xəstəxanasında doğuşu qəbul edən həkimin adı verilib. 

“Valideynlərim pulu ödəyə bilmədiyi üçün həkim doğuşu pulsuz qəbul etdi. Atam ona çimərlikdə yığdığı üç kilo xırda dəniz xərçəngi gətirdi və sonra valideynlərim mənə həkimin adını verdilər”.

Yeri gəlmişkən, braziliyalının bütöv adı belədir – Luis Nazariu di Lima Ronaldo.

Ronaldo karyerasında iki dəfə dünya çempionu, elə bu qədər də Amerika Kubokunu qazanıb. Klub səviyyəsində UEFA Kubokunda, Kuboklar Kubokunda, Qitələrarası Kubokda, UEFA-nın Super Kubokuda və iki də İspaniya çempionatında qalib olub.   

Əfsanəvi futbolçu 3 dəfə FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu adına layiq görülüb və iki dəfə “Qızıl top”u qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2179

Oxşar yazılar

Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56
Ançelottinin oğlu  da baş məşqçi olur

Ançelottinin oğlu da baş məşqçi olur

22 may 2025 , 15:42
Keçmiş hücumçu narkotik qaçaqmalçılığında  günahını etiraf etdi

Keçmiş hücumçu narkotik qaçaqmalçılığında günahını etiraf etdi

22 may 2025 , 12:54
Azərbaycana transfer olmaq üçün 1 milyon verdi

Azərbaycana transfer olmaq üçün 1 milyon verdi

22 may 2025 , 10:14
"Mançester Yunayted" tarixi antirekordunu   təkrarladı

"Mançester Yunayted" tarixi antirekordunu təkrarladı

22 may 2025 , 07:24
“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

22 may 2025 , 01:03
Millimiz Bəhreynlə bacarmadı

Millimiz Bəhreynlə bacarmadı

21 may 2025 , 22:00