Üçqat dünya çempionu Pele
03 mart 2021 13:36 (UTC +04:00)

Üçqat dünya çempionu Pele

Əfsanəvi Pele koronavirusa qarşı peyvəndləndi

0

80 yaşlı futbol üzrə üçqat dünya çempionu Pele koronavirusa qarşı peyvənd etdirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə özü “Instagram” da məlumat yayıb. 

“Bu gün unudulmaz bir gündür – peyvəndləndim! Pandemiya hələ bitməyib. İnsanların əksəriyyəti peyvənd olunana qədər həyatını qurtarmaq üçün məhdudlaşdırıcı tədbirlərə riayət etməliyik. Qonşularımızı düşünsək və bir-birimizə kömək etsək keçər”, - Pele yazıb.

O, izləyicilərini gigiyena qaydalarına riayət etməyə, mümkün olduqda evdə qalmağa, maskalar taxmağa və ictimai yerlərdə sosial məsafəni qorumağa çağırıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar