Əfsanəvi keçmiş hücumçu yenidən  xərçəngə tutuldu
16 dekabr 2022 09:53 (UTC +04:00)

Əfsanəvi keçmiş hücumçu yenidən xərçəngə tutuldu

Canluka Vialli həyatında ikinci dəfə xərçənglə mübarizə aparmaq məcburiyyətində qalıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən “Sampdoriya”, “Yuventus” və “Çelsi”nin əfsanəvi sabiq hücumçusu İtaliya millisindəki vəzifəsini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 2019-cu ildə Vialli dostu Roberto Mançininin "Skuadra Adzurra"da köməkçisi olmaq təklifini qəbul edib. O vaxt keçmiş futbolçu artıq bir dəfə xərçəng xəstəliyinə tutulmuşdu və ölümcül xəstəliyə qalib gələ bilmişdi, lakin məlum olub ki, yalnız müvəqqəti imiş.

2021-ci ilin dekabrında Vialli ikinci dəfə mədəaltı vəzi xərçəngi ilə mübarizə apardığını etiraf edib. İndi 58 yaşlı italyan müalicə tələb etdiyi üçün işini tərk etmək məcburiyyətində qalıb.

“Mənim gözəl onkoloqlar komandası ilə uzun və çətin danışıqların sonunda hazırkı və gələcək peşəkar öhdəliklərimi müvəqqəti olaraq dayandırmaq qərarına gəldim.
Məqsəd bütün enerjimi bədənimin xəstəliyin bu mərhələsindən keçməsinə kömək etməkdir ki, mümkün qədər tez yeni sərgüzəştlərlə üzləşə bilim və onları sizinlə bölüşüm”, - Vialli bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Oxşar yazılar