Fatih Terimin istefaya göndərilməsindən sonra “Qalatasaray” rəhbərliyinin yeni baş məşqçi planı açıqlanıb.
Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, klubun rəhbərliyi mövsümün sonuna kimi Bülent Qorxmazı müvəqqəti olaraq komandaya baş məşqçi gətirəcək.
"Qalatasaray"ın əfsanəvi kapitanı "Alanyaspor"da qazandığı uğurlu nəticələrlə diqqətləri çəkib.
Digər məlumata görə, mövsümün sonunda Bülənt Qorxmazla yollarını ayıracaq rəhbərlik komandanı Rocer Şmidtə həvalə etməyi planlaşdırır.