Əfsanə ilə bir oyunluq müqavilə
25 iyun 2022 02:28 (UTC +04:00)

Əfsanə ilə bir oyunluq müqavilə

Dünya hokkeyinin əfsanəsi Aleksandr Oveçkin yeni müqavilə imzalayıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, NHL-də “Vaşinqton Kapitals”ın kapitanı olan rusiyalı Moskva “Dinamo”su ilə anlaşıb.

Oveçkin hokkey deyil, futbol komandası ilə müqaviləyə imza atıb. Bu sözləşmə bir oyun müddətinədir.

Aleksandr “Amkal”la yoldaşlıq görüşündə şans qazanacaq. “Dinamo”nun hokkey komandasının yetirməsi klubun futbol geyimində meydana çıxacaq.

# 1797
avatar

Oxşar yazılar