Dünyanın ən yaxşı çempionatları: Azərbaycanın adı yoxdur
31 mart 2021 18:20 (UTC +04:00)

Dünyanın ən yaxşı çempionatları: Azərbaycanın adı yoxdur

XXI əsrin ən yaxşı futbol liqaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2001-20-ci illərin ümumi cədvəlini müəyyənləşdirib.

Siyahıda planetin 36 ən güclü çempionatı yer alıb. İlk pillədə İspaniya La Liqası qərarlaşıb.

İngiltərə 2-ci, İtaliya 3-cü sırada yer alıb. Türkiyə Super Liqası dünyada 14-cüdür. Azərbaycan Premyer Liqası isə siyahıdan kənarda qalıb.

# 1551
avatar

Oxşar yazılar