İnternetdə "dünyanın ən seksual voleybolçusu" ləqəbli amerikalı Kayla Simmons açıq-saçıq bir videoda rol alıb və pərəstişkarlarını sevindirib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, müvafiq nəşr və şərhlər onun “Instagram” səhifəsində yer alıb.
Qız sarı-yaşıl rəngli crop topda, şalvarını ombasından aşağı çəkərək fotosunu paylaşıb. Eyni zamanda o, bədən quruluşunu və göbəyindəki pirsinqini nümayiş etdirib.
Pərəstişkarları 17 mindən çox bəyənmə toplayan idmançının paylaşımının altındakı şərhlərdə yüksək qiymətləndiriblər. “Nə gözəl qarındır”, “Sən gözəlsən”, “Cənnət varmı bilmirəm, amma mənə elə gəlir ki, sən oradansan”, “Möhtəşəm kadr”, “Kraliçamız” yazıblar.