Dünyanın bir nömrəli tennisçisi  SAXLANILDI
10 yanvar 2022 13:29 (UTC +04:00)

Dünyanın bir nömrəli tennisçisi SAXLANILDI

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyanın Melburn şəhərində saxlanılıb.

Apasport.az xəbər verir ki, bu barədə dünyanın bir nömrəli tennisçisinin atası məlumat yayıb.

O bildirib ki, Avstraliya Federal Məhkəməsi 35 yaşlı idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarını qüvvədən salsa da, Cokoviç yerli hökumət tərəfindən saxlanılıb. Vəkillər onun ölkədən deportasiya edilməsinə çalışır.

Qeyd edək ki, Novak Cokoviçin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması problemlərə yol açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar