Dünya çempionu kişi jurnalı üçün belə poza  verdi
06 dekabr 2024 14:34 (UTC +04:00)

Dünya çempionu kişi jurnalı üçün belə poza verdi

Dünya çempionu kişi jurnalı üçün sinəsini konki ilə örtüb poza verib.

Hollandiyalı konkisürən Yoy Bene “Playboy” jurnalının üz qabığına çıxıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 5000 metr məsafədə hakim dünya çempionu Hollandiya kişi jurnalının dekabr buraxılışı üçün çılpaq pozalar verib.

25 yaşlı idmançı fotolardan birində sinəsini konki ilə örtüb. 

Bene, bədəni ilə fəxr etdiyi üçün səmimi fotosessiya etmək qərarına gəldiyini, həmçinin konkisürməni bu şəkildə populyarlaşdırmaq istədiyini izah edib.

“Mən indi sahib olduğum bədənlə inanılmaz dərəcədə fəxr edirəm. Bunun üçün çox çalışıram. Karyeram bitdikdən sonra eyni görünəcəyimə söz verə bilmərəm. Bunun üçün çox çalışmaq istəyirəm, amma heç vaxt bilmirsən nə olacaq. Buna görə də bunu indi etmək daha yaxşıdır.

Mən göstərmək istəyirəm ki, konkisürmə gözəl idman növüdür. Bir çox insanlar, xüsusən də gənclər bunun köhnə idman növü olduğunu düşünürlər. Məncə o, dünyanın ən yaxşısıdır”, - Bene vurğulayıb.

Konkisürən, çəkilişin açıq-saçıqlığı üçün məhdudiyyətləri özünün təyin edə biləcəyini söyləyib.

“Məncə, fotodakı döşlər problem deyil, bu, “Playboy”un ruhundadır. Ancaq başqa bir şey - mən bunu qətiyyən istəmirdim. Onlar buna tamamilə hörmətlə yanaşırdılar”, - Bene əlavə edib.

Bene həmçinin sevgilisi, sürətli konkisürmə üzrə üçqat Olimpiya çempionu Keld Neysin “Playboy”da görünmək təklifinə necə reaksiya verdiyini də danışıb: “O, dərhal dedi: “Bunu etməlisən, bu, həyatda bir dəfə olur və sən çox gözəl görünürsən”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3191

Oxşar yazılar

Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12
PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03