2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının iştirakçıları üçün pul mükafatının məbləği məlum olub.
Lent.az bildirir ki, bu barədə “NBC Sports” məlumat yayıb.
Mənbənin məlumatına görə, Beynəlxalq Futbol Federasiyası (FİFA) komandalar üçün 440 milyon dollar ayırıb ki, bu da Rusiyada keçirilən turnirin mükafat fondundan 40 milyon çoxdur.
Dünya çempionatının qalibi - Argentina millisi 42 milyon alacaq.
İkinci yeri tutan Fransa komandası 30 milyon, üçüncü yerdə olan xorvatlar 27 milyon, dördüncü yerdə olan mərakeşlilər isə 25 milyon qazanıb.
Turnirin 1/4 finalçılarının hər biri 17 milyon dollar, 1/8 finala yüksələn komandalar isə 13 milyon dollar qazanacaq. Dünya çempionatının yalnız qrup mərhələsində iştirak edən qalan iştirakçıların doqquz milyon əldə edəcək.
Qətərdə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçirilib. Turnirin qalibi finalda fransızları penaltilər seriyasında məğlub edən Argentina millisi olub. Mərakeşdən güclü olan xorvatlar üçüncü yeri tutublar - 2:1.