Mali millisinin basketbolçuları dünya çempionatının qrup mərhələsinin 4-cü oyununda Serbiyaya uduzduqdan sonra dava salıblar.
Lent.az bildirir ki, video “Sport Club”ın “YouTube” kanalında yayımlanıb.
İnsident Serbiya millisinin nümayəndəsinin oyundan sonra müsahibə verdiyi miks-zonada baş verib. Videoda davaya iki Mali idmançısının qatıldığı, komanda yoldaşlarının onları ayırmağa çalışdığı görünür.
Mali millisi Serbiyaya 68:81 hesabı ilə uduzub. Afrika yığması üçün bu məğlubiyyət ardıcıl dördüncü olub, basketbolçular turnirin pley-off mərhələsinə çıxmaq şanslarını itiriblər.
Sentyabrın 22-dən oktyabrın 1-dək Avstraliyanın Sidney şəhərində qadınlar arasında dünya çempionatı keçirilir. Turnirin hazırkı qalibi ABŞ komandasıdır.