Dörd həftəlik  baş məşqçi   oldu: 500 min alacaq
03 may 2023 18:50 (UTC +04:00)

Dörd həftəlik baş məşqçi oldu: 500 min alacaq

"Lids" yenidən baş məşqçisini dəyişib. 

Lent.az xarici mediaya istinada bildirir ki, Premyer Liqa klubunun rəhbərliyi komandanın turnir cədvəlindəki mövqeyindən narazı qalaraq, Xavi Qarsiyanı qovmaq qərarına gəlib.

Qeyd edək ki, ispaniyalı komandaya cəmi on həftə rəhbərlik edib. Bu müddət ərzində o, cəmi 12 dəfə komandanı baş məşqçi kimi meydana çıxara bilib, 3 dəfə isə qalib gəlib.

Onun yerinə gələn şəxs isə vəzifədə daha da az qalacaq. Premyer Liqada yerlərini qorumaq üçün “Lids”in bossları 68 yaşlı təcrübəli Sem Ellardaysı cəlb edib. Britaniya mətbuatının yazdığına görə, İngiltərə millisinin keçmiş məşqçisinin dörd oyun üçün maaşı 500 min funt sterlinq olacaq, lakin elit divizionda yerini qoruyarsa, mütəxəssis əlavə olaraq 2,5 milyon funt-sterlinq mükafat alacaq.

Qeyd edək ki, "Lids" hazırda liqada 17-ci pillədə qərarlaşıb və yalnız top fərqinə görə aşağı sırada yer alan "Nottingem Forest"i qabaqlayır.

Komandanı çətin təqvim gözləyir. Çempionatın axırına qədər “Lids” “Mançester Siti”, “Vest Hem”, “Nyukasl” və “Tottenhem”lə qarşılaşacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Oxşar yazılar