“Fənərbağça”nın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Kiyev “Dinamo”sunda Mirça Luçesku böhranı yaşanır.
Lent.az xarici mediaya istinadla bildirir ki, keçmiş ukraynalı futbolçu İvan Hetsko Kiyev "Dinamo"sunda yaşanan problemli proseslə bağlı Ukrayna mətbuatına açıqlama verib.
Mövsümə yaxşı başlaya bilməyən Kiyev "Dinamo"sunda məşqçi Mirça Luçesku ilə yolların ayrılmaq ehtimalı gündəmə gəlib. Keçmiş ukraynalı futbolçu İvan Hetsko komandadakı ab-havaya görə Luçesku ilə davam etməyin çətin olduğunu bildirib.
Mövsümə pis başladı
UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo” “Fənərbaxça” və “Şturm” “Qraz”ı mübarizədən kənarlaşdıraraq Play-Off mərhələsinə yüksəlsələr də, hər iki görüşdə “Benfika”ya uduzaraq qruplarda qala bilməyib.
Ukrayna komandası UEFA Avropa Liqasının B qrupunda yenidən "Fənərbağça" ilə yarışır. Qrupun ilk oyununda İstanbulda "Fənərbaxça"ya uduzan "Dinamo" ikinci görüşdə ev sahibi mövqeyində AEK “Larnaka”ya 1:0 hesabı ilə məğlub olub.
Ölkə çempionatında da işlər yaxşı getmir. “Dinamo”su ilk görüşdə “Dnepr-1”ə 3:0, ikinci görüşdə isə “Zorya Luqansk”a 3:2 hesabı ilə uduzub. Luçeskunun yetirmələri ev oyununda Lvov üzərində 1:0 hesabı ilə qalib gələrək ilk liqa qələbəsini qazanıb.
Oyunçular ilə problemlər yaşayır
Keçmiş ukraynalı futbolçu İvan Hetsko "Dinamo"da yaşanan problemli proseslə bağlı Ukrayna mətbuatına açıqlamalar verib. Hetsko xüsusilə yay aylarında bir neçə futbolçunun xaricə transferinə əngəl törədildiyi üçün Luçeskuya və rəhbərlikə pis münasibətin olduğunu bildirib.
"Dinamo”da komanda daxilində münasibətlərin son dərəcə pis olduğuna diqqət çəkən Hetsko deyib: "Kiyevdə komandadaxili ab-hava çox pisdir. Bir çox futbolçu xaricə transfer etmək istəyir, amma klub onları buraxmır. Futbolçular və Mirça Luçesku arasındakı dostluq münasibəti pozulub”.
Postundan getməsi ehtimalı çoxdur
Luçeskunun postunu tərk edəcəyinin gözlənildiyini qeyd edən Hetsko deyib: "Mirça Luçeskunun yaxın vaxtlarda komandadaxili vəziyyəti həll edə biləcəyini düşünmürəm. Onun performansını nəzərə alsaq, tezliklə istefa xəbərini eşidəcəyik".
“Dinamo”da futbolçuların məşqçiyə münasibətinin pis olduğunu bildirən keçmiş ukraynalı futbolçunun fikrincə, klubun əsas problemi məşqçi ilə futbolçular arasındakı münasibətdir...
“Deyəsən, Luçesku ilə futbolçular arasındakı münasibət pozulub. Məncə, “Dinamo”da hər şeyin məşqçinin istədiyi kimi deyil, özlərinin istədiyi kimi getməli olduğunu düşünən bir qrup var”, - keçmiş futbolçu vurğulayıb.