Dəyərinə görə azad agent olan futbolçular -  SİYAHI
15 noyabr 2022 13:25 (UTC +04:00)

Dəyərinə görə azad agent olan futbolçular - SİYAHI

Rusiyalı hücumçu Artyom Dzyuba təxmini dəyərinə görə azad agentlər siyahısında birinci yerdədir.
 
Lent.az bildirir ki, “Transfermarkt”ın məlumatına görə, rusiyalı futbolçunun təxmini dəyəri 4 milyon avrodur.
 
Siyahıda ikinci yeri portuqaliyalı müdafiəçi Edqar Ye və portuqaliyalı hücumçu Fabio Martins bölüşür. Onların dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.
 
Dördüncü yeri 3 milyon avro dəyərində qiymətləndirilən kolumbiyalı yarımmüdafiəçi Santyaqo Arias tutur. İlk beşliyi mərakeşli yarımmüdafiəçi Zakariya Labyad (2,5 milyon avro) qapayıb.

Xatırladaq ki, Dzyuba bundan əvvəl noyabrın 3-də klubu ilə müqaviləni pozaraq Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılmışdı. "Adana Dəmirspor"un heyətində rusiyalı 5 oyun keçirib və bir qol vurub.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar