“Lion”un ön xətt oyunçusu Memfis Depay
23 may 2021 09:42 (UTC +04:00)

“Lion”un ön xətt oyunçusu Memfis Depay

Depay 3 illik müqaviləni razılaşdırdı

“Barselona” daha bir transferini yekunlaşdırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin hücumçusu Serxio Aquerodan sonra “Lion”un ön xətt oyunçusu Memfis Depay da kataloniyalılarla ilkin razılığa gəlib.

İspanlar Niderland millisinin üzvünə də Aquero kimi, illik 5 milyon avro maaş və əlavə bonuslar olmaqla müqavilə təklif edib. Tərəflər artıq sözləşmənin son detallarını müzakirə edirlər. Depayın müqaviləsi 2024-cü ilin yayına qədər etibarlı olacaq.

Qeyd edək ki, “Barselona”ya havayı başa gələcək Memfis Depay “Lion”dan ayrılacağını özü də açıqlayıb.

# 1662
avatar

Oxşar yazılar