Lui van Qal
22 noyabr 2022 09:39 (UTC +04:00)

Lui van Qal

DÇ-2022: Lui van Qaldan rekord

Niderland millisinin baş məşqçisi Lui van Qal yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 71 yaşlı mütəxəssis dünya çempionatının qrup mərhələsində Seneqalla görüşdə buna nail olub.

Komandasının rəqibi 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşma van Qalın yığmanın sükanı arxasında 38-ci qalibiyyəti olub. Bununla o, Dik Advokatın rekordunu yeniləyib və Niderland yığması ilə ən çox qələbə sevinci yaşayan mütəxəssis ünvanını ələ keçirib.

Lui van Qal üçüncü dəfədir Niderland millisini çalışdırır. O, əvvəllər 2000-2001 və 2012-2014-cü illərdə də bu komandaya rəhbərlik edib.

Qeyd edək ki, A qrupunda yer alan Niderland yığması növbəti oyununu noyabrın 25-də Ekvadorla keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar