Qətərdə keçirilən dünya çempionatında daha bir sensasiya qeydə alınıb.
Lent.az xəbər verir ki, E qrupunda qərarlaşan Almaniya ilk turda Yaponiya millisi ilə qarşılaşıb.
Oyunda hesabı Almaniya açıb. 33-cü dəqiqədə türk əsilli İlkay Gündoğan onbirmetrlik cərimə zərbəsindən fərqlənib.
İkinci hissənin 75 və 83-cü dəqiqəsində iki qol Yaponiya turnirin favoritlərindən biri hesab olunan Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, C qrupunda mübarizə aparan Argentina millisi noyabrın 22-də gözlənilmədən Səudiyyə Ərəbistanına eyni hesabla məğlub olub.