DÇ-2022:  6-cı stadion açıldı...
23 oktyabr 2021 15:44 (UTC +04:00)

DÇ-2022: 6-cı stadion açıldı...

 

DÇ-2022-yə ev sahibliyi edəcək Qətərin daha bir stadionu mundiala hazırdır.

Apasport.az saytının məlumatına görə, qətərlilər “Əl-Tumama” stadionunun açılışını edib.

Arenanın rəsmi açılışı “Əl-Sədd”in “Əl-Rayyan”ı məğlub etdiyi Qətər Əmiri Kubokunun final matçından əvvəl olub. Bununla dünya çempionatının keçiriləcəyi arenalardan 6-sı tam hazır vəziyyətə gətirilib. 40 min tamaşaçı tutumuna malik olan stadionun tribunaları dünya çempionatından sonra 20 minə endiriləcək. Stadion formasına görə kişi papağını xatırladır.

Ümumilikdə planetin ən böyük yarışı 8 stadionda baş tutacaq ki, onlar arasında ən böyüyü 80 min tamaşaçı tutumuna malik “Lusail”dir. Mundialın final qarşılaşması da elə bu arenada olacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.

# 1605
avatar

Oxşar yazılar