Daha uzun illər  futbol oynaya bilərəm – Messi 
18 oktyabr 2024 13:36 (UTC +04:00)

Daha uzun illər futbol oynaya bilərəm – Messi 

Argentina millisinin və "İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messi yaxın vaxtlarda karyerasını bitirmək fikrində olmadığını bildirib.

“İnter Mayami”yə keçməyim o demək deyil ki, tezliklə karyeramı başa vuracağam. Daha uzun illər futbol oynaya bilərəm.

Bir az yaşlı olsam da, ailəm daha böyük olsa da, hələ də titullara can atıram. Mən onların dəstəyini hiss edirəm, buna görə də məni dayandırmaq olmaz”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Messi vurğulayıb.

2024-cü ildə Messi bütün yarışlarda klub səviyyəsində 21 oyunda iştirak edib, 19 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimidir. 

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar