Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir
27 avqust 2023 11:52 (UTC +04:00)

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir

İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir.

Lent.az-ın “Ksa Sport”-a istinadən verdiyi xəbərə görə, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”-la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.

Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.

Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”-la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”-la 2025-ci ilin yayına qədər müqaviləsi var.

Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”-a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

Oxşar yazılar