Keçmiş hakim Cüneyt Çakır Gürcüstan Futbol Federasiyası tərəfindən Mərkəzi Hakimlər Şurasının sədri təyin edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Gürcüstan Futbol Federasiyasından verilən rəsmi məlumatda Cüneyt Çakırın Mərkəzi Hakimlər Şurasının sədri təyin edildiyi açıqlanıb.
Noyabrda 47 yaşı tamam olacaq Çakır 2006-cı ildə FİFA nişanı ilə təltif edilmiş, 2011-ci ilin iyununda isə UEFA tərəfindən UEFA Elit Hakimlər kateqoriyasına yüksəlmişdi. Çakır 2014 və 2018-ci illərdə dünya çempionatı oyunlarında da hakimlik edib.