Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Arsenal” səfərdə “Atletiko Madrid”lə qarşılaşıb.
Oyun heç-heçə başa çatıb.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
23:00. "Atletiko Madrid" – "Arsenal" 1:1
Qollar: X. Alvarez, 55-p. - V. Gyökereş, 44-p.
Qeyd edək ki, mərhələnin ilk matçında son çempion PSJ “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib.