Dünya çempionluğu əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmekerlər Qətərdə keçiriləcək DÇ-2022-nin favoritlərini müəyyənləşdirib.
Siyahıda mundialda iştirak edə biləcək 37 komanda yer alıb. Onlardan 29-u artıq Qətərə vəsiqə qazanıbsa, digər 8 komanda son üç yer üçün pley-offda mübarizəni davam etdirəcək.
Çempionatın əsas favoritləri titulun son sahibi Fransa və reytinqin birincisi Braziliyadır. Hər iki yığmanın əmsalı 5,50-dir. İngiltərə favoritlər arasında üçüncüdür.
Çempionluq şansı ən aşağı olan komanda Yeni Zelandiyadır. Əmsalı 500-ə bərabər olan ada təmsilçisinin özü də yəqin çempionluq barədə düşünmür.
Dünya çempionluğu əmsallar
Fransa – 5,50
Braziliya – 5,50
İngiltərə - 7,00
İspaniya – 7,50
Almaniya – 9,00
Argentina – 11,00
Belçika – 11,00
Portuqaliya – 12,00
Niderland – 16,00
Danimarka – 28,00
Uruqvay – 40,00
Xorvatiya – 50,00
Serbiya – 66,00
Qətər – 66,00
ABŞ – 80,00
Meksika – 80,00
İsveçrə - 80,00
Polşa – 80,00
Seneqal – 80,00
İran – 100,00
Ekvador – 125,00
Uels – 150,00
Ukrayna – 150,00
Yaponiya – 150,00
Peru – 150,00
Mərakeş – 150,00
Qana – 150,00
Kamerun – 150,00
Cənubi Koreya – 150,00
Səudiyyə Ərəbistanı – 150,00
Kanada – 150,00
Avstraliya – 250,00
Şotlandiya – 250,00
Kosta-Rika – 250,00
Tunis – 250,00
BƏƏ – 250,00
Yeni Zelandiya – 500,00