Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız vətənə qayıdıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Heydər Əliyev adına hava limanında onları Azərbaycan Güləş Federasiyasının nümayəndələri və yaxınları qarşılayıblar.
Qeyd edək ki, Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.
Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığma 3-cü dəfə Avropanın ən güclü komandası adına sahib olub.