"Çelsi"nin sahibindən klubla bağlı  YENİ QƏRAR
05 avqust 2023 19:28 (UTC +04:00)

"Çelsi"nin sahibindən klubla bağlı YENİ QƏRAR

"Çelsi"nin sahibi Todd Bouli futbol klubundakı payını satmağa hazırdır. 

Lent.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Boulinin konsorsiumu “Clearlake Capital” keçən mövsüm transfer bazarına 759 milyon dollar xərcləyib. Mənbəyə görə, “Çelsi” London klubu üçün kapital toplamaq üçün investorlara müraciət edib.

Bouli komandadakı müvafiq payın müqabilində təxminən 500 milyon dollar yeni investisiyalar cəlb etmək niyyətindədir. İş adamı potensial investora məxfiliyi təqdim etməyə və adını açıqlamamağa hazırdır.

Yeni sahiblik qrupu altında ilk mövsüm İngiltərə və Avropada kuboklara daimi iddiaçı olan London klubu üçün məyusedici olub. "Çelsi" İngiltərə Premyer Liqasında 12-ci (29 ilin ən pis nəticəsi) olub və Avropa yarışlarına vəsiqə qazana bilməyib.

Komandanın yeni sahibi Todd Bouli bir neçə yüz milyonu oyunçu almağa xərcləyib, transfer pəncərəsində liqanın ən çox xərcləyən klubu olub və komandanı rusiyalı iş adamı Roman Abramoviçdən aldıqdan sonra iki dəfə məşqçi dəyişib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Oxşar yazılar