“Çelsi”də qalmayacaq
30 may 2023 18:07 (UTC +04:00)

“Çelsi”də qalmayacaq

Portuqaliyalı yarımmüdafiəçi Joao Feliks "Atletiko”ya qayıdacaq. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya klubunun prezidenti Enrike Serezo məlumat verib.

“Bizə məlumat verildi ki, Poç (Maurisio Poçettino, “Çelsi”nin yeni baş məşqçisi – res.) Joao Feliksə güvənmir. O, bura qayıdacaq, görəcəyik... Biz heç nə planlaşdırmadıq”, – məlumatda vurğulanır.

Feliks bu ilin yanvarında "Çelsi"yə 2022/23 mövsümünün sonuna qədər satın alma opsiyasına qədər icarə əsasında keçib. Portuqaliyalı "mavilər"in heyətində 20 oyun keçirib və 4 qol vurub. 2022/23 mövsümünün ilk yarısında João Feliks “Atletiko”nun heyətində 14 oyuna çıxıb, 4 qol vurub.

"Çelsi" mövsümü Premyer Liqa turnir cədvəlində 12-ci yerdə başa vurub, "Atletiko" isə hazırda 76 xalla İspaniya liqasında üçüncüdür.
 

# 1212
avatar

Oxşar yazılar