İngiltərə çempionatının 25-cı turunda Londonun “Çelsi” klubu səfərdə “Sauthempton”la heç-heçə (1:1) oynayıb.
Lent.az xəbər verir ki, yaponiyalı Takumi Minaminonun qoluna londonlular ingiltərəli Meyson Mauntanın dəqiq zərbəsi ilə cavab veriblər.
“Çelsi” 43 xalla 4-cü yeri tutur, “Sauthempton” 30 xalla 13-cü sıradadır.