"Çelsi" və "Bavariya" "Atletiko"nun 21 yaşlı yarımmüdafiəçisi Pablo Barriosla maraqlanır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu klublar ispan futbolçunun transferi üçün 70 milyon avro ödəməyə hazırdır. Barriosun müqaviləsində 100 milyon avroya vaxtından əvvəl xitam verilməsinə dair bənd nəzərdə tutulduğu vurğulanır.
Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 24 oyunda iştirak edib, 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Barriosun bazar dəyəri 50 milyon avrodur.