“Çelsi” üçün 53 milyonluq  müdafiəçi
27 may 2022 13:42 (UTC +04:00)

“Çelsi” üçün 53 milyonluq müdafiəçi

“Çelsi” “Brayton”un futbolçusu Mark Kukurelyanı transfer etməyə qərar verib.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, London təmsilçisi 23 yaşlı müdafiəçinin keçidini həll etmək üçün 53 milyon avro ödəməlidir.

Amma “Brayton” rəhbərliyi bu məbləğdə güzəştə də hazırdır. Markın keçidinin 36 milyona reallaşması da mümkündür. Kukurelyanın xidmətində “Mançester Siti” və “Tottenhem” də maraqlıdır.

Qeyd edək ki, Kukurelya başa çatan mövsümün 39 oyununda 1 qol vurub.

# 1584
avatar

Oxşar yazılar