"Çelsi" dünya çempionatından sonra transfer hədəflərinin siyahısına yenidən baxıb.
Lent.az bildirir ki, “Daily Express”in xəbərinə görə, londonluların məşqçilər korpusu və rəhbərliyi Qətərdə keçirilən dünya çempionatının dörd ulduzuna göz dikib.
“Çelsi” ilk növbədə dünya çempionatında fərqlənən Argentina və “Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Allisterin transferini nəzərdən keçirir. London klubu rəhbərliyinin digər namizədi isə Hollandiya millisindən Kodi Qakpodur. Onun transferi mövsümün qalan hissəsi üçün sıradan çıxmış Armando Broinin zədəsi səbəbindən xeyirli hesab edilir.
Həmçinin “Çelsi” qapı xəttini xorvatiyalı qapıçı Dominik Livakoviçlə gücləndirə bilər. Bundan əlavə, “aristokratlar” gözlərini Kante və Jorjinyonun müqavilələrinin başa çatması fonunda imzalanması məqsədəuyğun hesab edilən yarımmüdafiəçi Adrien Rabioya dikiblər.